"Sabaha saxlamayaq" proqramında xalq tababəti üzrə həkimlərlə mübahisədə əsas çıxışçılardan biri olan kardioloq Üzeyir Rəhimov verilişdə yaşananlara bir daha açıqlama gətirib.
"Medicina" xəbər verir ki, kardioloq bu verilişin efirə verilməsini istəmədiyini bildirib:
" “Sabaha saxlamayaq” proqramı tərtibi, tərkibi və aparıcıları baxımından bəyəndiyim, hörmət göstərdiyim bir proqramdır.
Düşünürəm ki, sadə dildə anlatmağım xalq üçün anlaşılan idi. Altındakı şərhlərə baxıb üzülməyə gərək yoxdur, bu nə qədər təsirləndiklərinin göstəricisidir. Bu proqramı unutmayacaqlar və gələcəkdəki həyatlarında xatırlayacaqlar, əfsuslar olsun ki, hər bir fərdin ailə üzvlərindən bəziləri xəstələnəcəklər.
Mənim üzərində durmaq istədiyim mövzu isə proqramdakı “xalq təbib”ləri deyil, bizim məsləkdaşlarımızdır.
Xalq təbabətinə yönəlməyin ən əsas səbəbi həkimə olan güvənsizlikdir, başqa səbəbləri də var əlbəttə. Bizim ölkəmizdə tibb təhsilində əzilərək, kiçik düşürülərək, önəmli bir qismindən rüşvət alınaraq yetişdirilən bir həkim sonrakı həkimlik fəaliyyətində də əldən pul alaraq, həkim ləyaqətini və dəyərini itirən insanların çevrəsində yetişəndə olacaqların nəticəsi budur.
Xaricdə təhsil alıb gələnlər də bu işə “çörək pulu qazanmaq” gözüylə baxdıqları üçün həkim nifrət qaynağı, onun qarşısındakı ilk ibtidai insan isə güvən qaynağl olacaq. Ona görə də işə özümüzü, təhsilimizi düzəltməkdən başlamalıyıq. Bu isə qarşı tərəfi bitirməsə də kiçildəcək.
Bu cür proqramlara qarşıyam, amma cəhalətin də qarşısına biriləri çıxmalıydı".
Medicina.az