ABŞ-da məşhur qəhvə şəbəkəsi Starbucks bir filialında baş verən hadisə ilə heyrətə gətirib.
Medicina.az xəbər verir ki, Starbucks-ın Kaliforniya ştatındakı bir filialında kuryerin üzərinə isti qəhvə tökməsi nəticəsində qazandığı təzminat məbləği heyrət doğurub.
Sifarişi götürməyə getdiyi filialda aldığı kofenin ətrafa tökülməsi nəticəsində kuryer ağır yanıq xəsarəti alıb.
Məhkəmə, işin nəticəsi olaraq, Qarsianın fiziki ağrı, ruhi sıxıntı, həyat keyfiyyətinin azalması, fiziki funksiyaların itirilməsi və narahatlıq kimi bir çox zərər gördüyünü təyin edib.
Markanın kuryerə 50 milyon dollar təzminat ödəməsi qərara alınıb.
Ancaq Starbucks bu qərara etiraz edəcəklərini açıqlayıb və "Cənab Qarsiyaya təəssüfümüzü bildiririk, lakin qərar ilə razılaşmırıq və müəyyən edilmiş təzminat məbləğinin həddindən artıq olduğunu düşünürük. Mağazalarımızda hər zaman ən yüksək təhlükəsizlik standartlarını qorumağa qərarlıyıq", deyə bildirilib.
Qeyd edək ki, iddiada Maykl Qarsianın Starbucks filialının avtomobil servisindən içki alarkən qapağı düzgün bağlanmayan isti içkini yerə tökməsi nəticəsində cinsiyyət nahiyəsindən ciddi yanıqlar alıb.
Aygün
Medicina.az