Üzdəki qəhvəyi ləkələr bir çox xanımları narahat edir. Yaydan payıza doğru bu ləkələr aktivləşir.
Medicina.az bu ləkələrə effektiv təsir edən 3 ev üsulunu təqdim edir:
Çay sodası
1 qaşıq ağ sirkəni 1 xörək qaşığı çay sodası ilə qarışdırıb, pasta halına salın. Maska kimi ləkələrə yaxıb, 40 dəqiqə gözləyib sonra yuyun
Soğan və sirkə
1 ədəd sürtgəcdən keçirilmiş soğana 2 qaşıq alma sirkəsi qatıb, ləkələrin üzərinə çəkin. 15 dəqiqə gözləyin. Hər gün 1 dəfə edin
Aloe şirəsi
Bir qədər aloe geli və ya yarpağından alınmış şirəni ləkələrin üzərinə çəkib, tam quruyana kimi gözləyin. Sonra yuyun. Hər gün davamlı edin