Payız mövsümü bir çox yayda əks göstəriş olan kosmetik və müalicəvi prosedurların fəslidir. Məhz oktyabrdan başlayaraq qadınlar üz və bədənlərindən günəşdən, hamiləlikdən, müxtəlif metobolik proseslərdən və dəri qocalmasından düşmüş,yayda kəskinləşən piqment ləkələrdən, civzə, sızanaq izlərindən xilas ola bilərlər.
Bunun üçün peşəkar kosmetoloqa müraciət etmək lazımdır.
Medicina.az peşəkar kosmetoloq Həcər Hüseynovanın mövsümi prosedurlarla bağlı açıqlamasını təqdim edir:
“Payız –qış kosmetologiya fəslidir. Tam əminliklə deyirəm ki, təcrübəmə əsasən müəyyən vasitələr, preparatlar və bunları ardıcıl tətbiq etməklə ən çətin piqment ləkələrinin aradan qaldıra bilirəm, bu sirləri təbii ki, açıqlaya bilmərəm. Demək istərdim ki, piqment ləkələrinin ev şəraitində maska, meyvə və ya kosmetik kremlərlə aradan gedəcəyinə vaxt və zaman sərf etməyin. Ləkələrlə dərindən işləmək və kimyəvi təsir etmək lazımdır. Bizdə bir neçə seansa üz dərisini ləkələrdən təmizləyə bilərlər. Payızda bu prosedurlara başlasalar, bütün il boyu dəriləri təmiz olacaq.
Eləcə də buruna forma vermək, kiçiltmək prosedurumuz də aktualdır. Burda da özümə məxsus və heç kimin tətbiq etmədiyi metodikam var ki, müəyyən dərmanla proseduru etdikdə çox gözəl və qalıcı effekt alınır.
Yayda təxirə salınan mikronidilinq və pilinqlər də soyuq havada olunmalıdır. Bu prosedurlar zamanı dəriyə günəş şüası dəyməməlidir. Çünki bu proseslərdə dərinin qabıqlanması baş verir, bu zaman yeni dəri əmələ gəlir. Soyulmuş dəri qatına günəş şüası dəyməməlidir və təmiz dəri gəlsin. 4-5 seansla məsamələri, aknelərdən qalan izləri, sızanaq yerlərini aradan qaldırmaq olur. Hesab edirəm ki, mikronidilinq pilinqdən də effektivdir”.
Kosmetoloq üzə dolğu, gel və botoksun hansı fəsildə edilməsi və istidən, günəşdən tez əriməsi məsələsinə də aydınlıq gətirdi.
“Bu prosedurlar istənilən fəsildə oluna bilər. Hansı hallarda isti və buxar gelə təsir edir. Prosedurdan sonra müəyyən müddət isti buxardan gözləmək lazımdır. İsti duş, isti su ilə üz yumaq, hətta isti çayın buxarı belə dodaqda olan gelə təsir edir və nəticədə gel əriyir deməzdir, bir qədər azalır, deformasiya olur və s. Bu barədə pasiyentlərə müəyyən göstərişlər veririk.
Botoks olunduqda da müəyyən dönəmdə isti vanna, sauna, solyari, soyuq kondinsioner altında oturmaq, sonra istiyə keçmək olmaz. Bir neçə gündən sonra həyata adi qaydada davam etmək olar.
Botoks müəyyən nöqtələrə öz texnikası ilə vurulmalıdır.
Azərbaycanda qadınlar belə bir informasiya oxuyur, görür ki, botoks qaş arası, alın və ya göz ətrafına vurulur, qırışlar açılır, vəssalam. Hətta sosial şəbəkələrdə videolar da görürlər.
Amma botoks hər bir şəxsin əzələsinə və mimikinə uyğun vurulmalıdır. Bu standart deyil. Elə adam var, qaşlarını düyünləyir, eləsi var, çox gülür, gözlərinin kənarı yığılır. Biz botoksu vuran zaman pasiyentin orqanizmi və əzələlərini, mimikasını nəzərə alıb vururuq. Əzələ harda çox yığılır. Üzdə, bədəndə elə nahiyələr var ki, botoks tətbiq edilən zaman fəsad baş verə bilər.
Ən çox rast gəlinən səhvlərdən, fəsadlardan biri ptoz- göz qapağının düşməsidir. Hətta gözün görməyi də pozulur, göz kiçilir. Əlbəttə, bu fəsad keçicidir, əbədi qalmır. Amma yaxşı olar ki, bu fəsadlara yol verilməsin. Buna görə müxtəlif naməlun salon, studiyalarda, kosmetoloq olmayan birinə, ya ucuzdur deyə aldanaraq botoks vurdurmaq olmaz. Sonradan xanımlar fəsadlarla bizim yanımıza gəlir ki, problemi düzəldək. Bu da çətin olur”.
Kosmetoloqun instagram ünvanı:
İnstagram: dr_hecer_kosmetoloq