Üzdə, çiyində sızanaq, civzə sıxmaq həkimlər tərəfindən təkidlə qadağan olunsa da, çoxumuz buna əməl etmirik və nə qədər qəribə olsa da, insan sızanağı sıxmağa aludəçidir və bundan həzz alır.
Hazırda "instagram"da və "youtube" kanallarında trendə çevrilən sızanaq sıxma videolarına maraq da alimlərin bu fərziyyəsini təsdiqləyir: insan sızanaqlarını sıxarkən, beyni həzz alır.
Belə blogerlərdən biri də dermatoloq Sandra Lidir. O, tez-tez dəridə olan piy toxuması və sızanaqları sıxarkən çəkdiyi videolarla şöhrət qazanıb və bu rolikləri 6 milyon insan izləyir.
Medicina.az bu anomaliya vərdişin psixoloji və tibbi izahını və beyinə necə təsir etdiyini təqdim edir.
Bu özünümüdafiədir
Neyrobioloq Hezer Berlin bildirir ki, sızanaqları sıxmaq heç də qəribəlik deyil. Bunu əcdadlarımız da edib və genetik yaddaşımızda var.
Mağara dövründə belə üzdə, bədəndə çıxan istənilən irinli sızanaq infeksiya mənbəyi və sağlamlığa təhlükə kimi qədim insanı qorxudurdu. Ona görə ora qurd düşəcəyindən qorxub tez sıxaraq canlarını qurtarar, yerinə isə bitki və ya kül sürtərdilər.
Əsəbləri sakitləşdirir
Ucu ağ və içi dolu piy törəmə və sızanaq insanda şüuraltı olaraq təşviş yaradır. Sızanağı sıxanda fikir versəz, çox gərgin olursuz, amma ondan azad olandan sonra qəribə bir rahatlıq gəlir. Xüsusən civzə, sızanağın içindən möhtəviyyat çıxdıqda, bu sevinc və razılıq pik həddə çatır.
Beyinə həzz gəlir
Sızanaq sıxma prosesi zamanı beyində dofamin istehsalı artır, bu isə o deməkdir ki, proses təbii olaraq bizə həzz verir.
Eləcə də sızanaq sıxma videolarına baxanda insan adrenalin yaşayır. Mənzərə nə qədər pis olsa da, sanki dəhşət filminə baxırmış kimi gərilirsiz, axırda isə eyforiya gəlir.
Antistress təsir
Nevroloji həssas, stresi olan insanların sızanaqlara hücumu normaldır.
Bu əsəbləri xeyli sakitləşdirir, gərginliyi götürür, bütün bədəni rahatladır.
Psixi xəstəlik həddi
Hər şey normasında gözəldir, amma sızanaq sıxmağa dəlicəsinə aludəçilik Dermatillomaniya adlı psixoloji pozuntu da ola bilər. Obrussiv-kompulsiv pozulmaların bir növü də budur.
Daha çox qadınları, gənc qızları əhatə edir.
Bu adamlar öz dəriləri üzərində müxtəlif manipulyasiyalar edir, özlərini didişdirirlər. Psixi həddə problemi artıq həkimlə müalicə etmək lazımdır.
Amma tibbi baxımdan insanın öz dərisini sıxıb yara, sızanaq təmizləməsi təhlükəlidir və çox ağır fəsadlara yol aça bilər.