Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üzdə, ayaqlarda uyuşma insultun əlamətlərindən biridir – Kardioloq

  • 2023.10.04 16:47
  • 3065 Baxış
Üzdə, ayaqlarda uyuşma insultun əlamətlərindən biridir  – Kardioloq


İnsult zamanı və hətta ondan bir müddət əvvəl üzdə və ayaqlarda keyimə hissi yaranır.

“Medicina” xəbər verir ki, kardioloq Yuriy Konev beynin kəskin qan dövranı pozulmasının zahiri gedişatında bəzi əlamətləri açıqlayıb.

“İnsultun ən başlıca əlaməti keyimə, uyuşma, dəridə hissiyatın olmamasıdır.

“İnsan bədəninin bir hissəsini, qollarını, ya bir, ya iki ayağını hiss etmir. Üzünün bir hissəsi keyiyir, donur, assimmetriya yaranır.

İnsultdan keyimiş üzdə bir göz bağlanmır, yarı açıq qalır. Eləcə də insulta şübhə olanda, xəstədən yanaqlarını şişirtməyi istəyin. Onun bir yanağı qalxacaq, digəri yox. İnsutlu xəstə ilk 2 saatda təcili tibbi müdaxilə üçün xəstəxanaya çatdırılmalı, invaziv müdaxilə olunmalıdır”.

Aygün Musayeva