Bristol Universitetinin anatomiya və antropologiya üzrə professoru Elis Roberts bildirib ki, gələcəkdə qadının xarici görünüşü, bədəni çox güclü dəyişikliklərə uğrayacaq.
Səbəb- dəyişən ətraf mühitin tələblərinə uyğunlaşmaq.
Gələcəkdə ultrabənövşəyi şüalar daha güclü olacağıdan qadınların dərisi kobud, qalın və başqa rəngdə olacaq, bir sözlə qurbağa dərisi kimi.
Ağciyərlər gələcəyin tərkibi dəyişmiş havasına uyğun dəyişəcək, bununla da qadının döş qəfəsi başqa cür olacaq.
Qadınların qulaqları isə yarasa qulağı kimi olacaq.
Uşaq daşımaq üçünsə kenquru kimi kisəyə ehtiyacı yaranacaq.
Gələcəyin qadın modeli hazırlanıb, qadının görünüşü eksperti belə şoka salıb.