Uzanılı vəziyyətdə kitab oxumaq və ya komputerdən istifadə gözləri zəiflədir, korluğa səbəb olur.
Qaragilə və yerkökü yemək, kompüter və telefonda çox oturmamaq və sadə məşqlər etmək əməliyyat olmadan görmə qabiliyyətini bərpa etməyin sadə yollarıdır.
“Medicina” xəbər verir ki, oftolmoloq Anastasiya Vasiyevanın sözlərinə görə, əslində, hər şey o qədər də fəlakətli deyil, xüsusən də müasir monitorlar görmə qabiliyyətini qorumaq üçün bir sıra funksiyalara malikdir.
Kompüter və telefondan kor olmaq mümkün deyil, xüsusən də iş və istirahət rejiminə əməl edib, vaxtaşırı gözlərinizə fasilə versəniz.
“Ekrana baxarkən gözlər daha az qırpılır və az nəmlənir, gözlərdə quruluq, narahatlıq və qıcıqlanma baş verir. Nəticədə quru göz sindromunun inkişafına səbəb ola bilər. Bundan əlavə, gözlərin yaxın obyektlərə uzun müddət fokuslanması ilə göz əzələləri daha ciddi gərginləşir.
Bütün bunlar görmə qabiliyyətinə mənfi təsir edir və ya yaşa bağlı uzaqgörənliyin inkişaf riskini artırır. Bununla belə, qadjetlər uşaqların görmə qabiliyyətinə böyük təhlükə yaradır.
Daimi telefonda və ya kompüterdə oturmaq akkomodasiya spazmına səbəb olur, göz əzələsinin pozulması, sonra isə miyopiyanın inkişafı baş verir.
Uzanarkən oxuma zamanı gözü hərəkət etdirən əzələlərin işi pozulur, gözün xoroid hissələri zədələnir. Zamanla miyopiya səbəb ola bilən əzələ spazma əmələ gəlir.
Son dərəcə parlaq işıq şüasının gözlərə təsirindən danışırıqsa, bu, tamamilə fərqli bir məsələdir. Uşaqlıqda bizə deyirdilər ki, qaynağa baxsan, kor ola bilərsən. Çox yaxın və sıx bir təsirdirsə, bunda bir həqiqət var, buna görə qaynaqçılar qoruyucu vasitələr taxırlar. Ancaq uzaqdan baxsanız, dərhal görmə qabiliyyətini itirməyəcəksiniz”.
Aynurə Məmmədova