Üz iflicinin əlamətləri nədir?
İnsan üz siniri nəticəsində gülə, yemək yeyə, içə, çiynəyə, qaşları qaldıra, öpə,
gözləri bağlaya bilir. Əsas əlamətləri isə aşağıdakılardır:
-Üzdə ağrı
-Baş ağrısı və baş dönməsi
-Danışmaqda çətinlik
-Yemək yeyə bilməmək
-Göz yaşlarının nəzarətsiz axmağı
-Göz və ağızda quruluq
Üz iflicinin yaranmasının müxtəlif səbəbləri var. Səbəbə görə isə müalicənin
növü fərqlidir. Əsas səbəbləri üz sinirinin infeksiyası və ya iltihabı, beyin
tavması, baş və ya boyun şişi ola bilər.
Üz iflicini mərhələlərə bölmək olar
-Birinci dərəcəli yaralanma zamanı sinir sistemi sadəcə zədələnmişdir və 8 həftə
daxilində normala dönər.
-İkinci dərəcəli iflicdə sinir ciddi şəkildə zədələnmiş olur. Ancaq digər qism
sağlam olur. 4 ay sonra ilk yaxşılaşma əlamətləri özünü biruzə verməyə
başlayır.
-Üçüncü dərəcəlidə isə sinir çox pis zədələnmiş halda olur. Yaxşılaşma müddəti
çox yavaş davam edir. Əksər zaman isə sağalma mümkün olmur. Cərrahi müdaxilə tələb
edilir.
Xəstələr iflicin dərəcəsinə görə, vitaminlər, dərmanlar, terapiyalar, massajlar
vasitəsilə müalicə edilir.