Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üz ləkələrinə qarşı təbii vasitələr

  • 2022.09.26 18:34
  • 3148 Baxış
Üz ləkələrinə qarşı təbii vasitələr


Yayda dərini günəş şüalarından kifayət qədər qorumadığınız zaman dərinizdə ləkələr əmələ gəlir.

Əgər günəş ləkələrindən şikayət edirsinizsə, təbii yağlar köməyinizə çata bilər.

Bəzi təbii yağlar dəri hüceyrələrini bərpa edir, dərini parlaqlaşdırır və ləkələri azaldır.
Bununla da daha bərabər dəri tonuna sahib ola bilərsiniz.

Bəs həmin yağlar hansılardır?

Medicina.az günəş ləkələrini açan təbii yağları təqdim edir:

Zeytun yağı

Zeytun yağı dəri üçün təbii nəmləndirici kimi istifadə oluna bilər. Dərini xarici amillərə qarşı gücləndirir və zədələnməsinin qarşısını alır. Dəridə sızanaq və günəş ləkələrini açır. Dərini qidalandırır və bərpa edir.

Sarı kantaron yağı

Sarı kantaron yağı antibakterial xüsusiyyətləri sayəsində dəridəki qüsurları aradan qaldırır. Sızanaq və qara nöqtə problemi ilə mübarizə aparır. Bu, dəri ləkələrinə qarşı ən təsirli təbii yağlar arasındadır.

Dərinin qıcıqlanmasını və yaralarını müalicə edir. Üzdəki çapıqları aradan qaldırır. Dəri hüceyrələrini yeniləyərək ləkələrin görünüşünü azaldır. Dəridə günəş yanıqlarını və günəş ləkələrinin yox olmasını təmin edən kantaron yağı dəri rəngini açmaq üçün də istifadə olunur.

Çay ağacı yağı

Çay ağacı yağı dəriyə qulluqda ən çox istifadə edilən təbii yağlardan biridir. Tərkibindəki komponentlər sayəsində dəridəki qıcıqlanma, qızartı və yaraları sağaldır. Sızanaq və sızanaq problemini aradan qaldırır.

Çay ağacı yağı xüsusilə günəşdən sonra yaranan ləkələri yox edir. Dərinin tonunu bərabərləşdirir. Dərini parlaq edir. Daha hamar dəriyə sahib olmanıza kömək edir.

İstifadəsi zamanı diqqətli olun!

Zeytun yağı dəriyə necə tətbiq olunur?

Gecə yatmazdan əvvəl dərinizə zeytun yağı sürtmək lazımdır.
Barmaqlarınızın ucuna 1-2 damcı zeytun yağı tökün və masaj edərək bütün dərinizə çəkin.
Səhər oyandığınız zaman dərinizi gündəlik təmizləyicinizlə təmizləyin.
Hər axşam yatmazdan əvvəl dərinizə zeytun yağı çəkə bilərsiniz.

Sarı kantaron yağı


Pambıqla təmiz dərinizə çəkin.
Gecə yatmazdan əvvəl problemli bölgələrə çəkin.
Səhər oyandığınız zaman dərinizi təmizləyin.
Ləkə azalana qədər hər axşam tətbiq edə bilərsiniz.

Çay ağacı yağı

Təmiz dəriyə sürtmək lazımdır.
Problemli sahəyə bir neçə damcı çay ağacı yağı çəkin.
1-2 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Problemli bölgəyə hər gün çay ağacı yağı çəkə bilərsiniz.

Aygün