Paytaxtın Binə qəsəbəsində qəza keçirən 5 yaşlı Əli Hüseynovun sağ ayağı diz nahiyəsindən amputasiya edilib. İlkin məlumatlara görə, yük maşını azyaşlının ayağının üzərindən keçdiyi üçün onu replantasiya etmək mümkün olmayıb.
Medicina.az xəbər verir ki, hazırda pasiyent Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicəsini davam etdirir.
Tibb müəssisəsinin direktoru Elviz Qasımov bildirib ki, Əli Hüseynovun vəziyyəti stabildir, huşu yerindədir və o, palataya köçürülüb.