Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST yeni pandemiyalara hazırlaşır - Mühüm addım

  • 2024.04.22 20:25
  • 661 Baxış
ÜST yeni pandemiyalara hazırlaşır -  Mühüm addım
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) fəaliyyətə keçirib.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa Bürosu bəyanat yayıb.

Bəyanata görə, bu addım gələcək pandemiyalara daha hazırlıqlı olmaq üçün atılıb.

Məlumata görə, yeni departamentin vəzifəsi Avropada potensial riskləri qlobal təhlükələrə çevrilməzdən öncə müəyyən etmək və azaltmaq, həmçinin bunlarla bağlı hazırlığı artırmaqdır.

Qeyd edək ki, NDC-nin rəhbər qrupunun müvəqqəti sədri UKHSA-nın (ÜST-nin Avropa Regional Bürosu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi) baş icraçı direktoru Cenni Harris olacaq.

Aysel