Dünyada bu gedişlə 1 milyarddan çox insan vəbaya yoluxa bilər.
“Medicina” xəbər verir ki, son 1 həftədə 3 ölkə yeni yoluxma və alovlanma barədə məlumat verib.
“Bizim hesablamalara görə, 43 ölkədə 1 milyard insan vəba ilə birbaşa təhlükə altındadır. Hazırda 22 ölkə yeni yoluxmalar barədə məlumat verib. 5 regionda ÜST vəba ilə mübarizə aparır” – deyə ÜST nümayəndəsi Filipp Barboza bildirib.
Vəba tendensiyası 2022-ci ildən başlayıb, infeksiya ilə 50%-dən çox ölkələr üzləşib. Bu xəstəliyin yayılmasına səbəb təbii fəlakətlər, hərbi əməliyyatlar, zəlzələ və yoxsulluğun artmasıdır.
Aygün Musayeva