Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST uşaqlara da vaksin vurulacağını TƏSDİQLƏDİ

  • 2021.06.24 16:46
  • 2512 Baxış
ÜST uşaqlara da vaksin vurulacağını   TƏSDİQLƏDİ

Dünya Səhiyyə Təşkilatı ilk dəfə rəsmi olaraq kovid vaksininin uşaq və yeniyetmələrdə xəstəliyin profilaktikası üçün istifadə edilməsinə qəbul etdi.

Medicina.az xəbər verir ki, 3 ay öncəyə qədər isə ÜST 18 yaşdan aşağı şəxsrlərin kovid peyvəndi olunmayacağını təsdiq etmişdi.

Bunu onunla əsaslandırmışdı ki, hələ ki, vaksinlərin bu yaş kateroqriyasına daxil insan üçün təhlükəsiz olub olmaması dəqiq deyil.

Lakin aparılan araşdırmaların nəticəsində artıq Pfizer vaksinin 12-15 yaşda uşaqlara vurulması tövsiyə edilir.
Eyni zamanda Rusiya da uşaqların peyvəndlənməsinə hazırlaşır. Qamalei adına mərkəz Sputnik V peyvəndinin 12-17 yaş arası yeniyetmələrdə könüllü sınandığını anons etdi.

Pediatrlar hesab edir ki, yeniyetmələri peyvənd etdirməməyə ciddi əsas yoxdur, onlar aktiv yoluxucu və yoluxdurucudur və infeksiya daşıyıcısıdır.

ÜST yeni yayılmış sənəddə bildirir ki, uşaq və yeniyetmələr də kovidə yoluxur və yaşlıları yoluxdurur. Onlar xəstəliyi yüngül keçirir. Amma onları peyvənd etmək təcili deyil, yaşlılardan sonra uşaq və yeniyetmələrin vaksininə başlamaq olar.