BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Piter Salama vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ÜST-dən bildirilib.
P. Salama 51 yaşında qəfildən dünyasını dəyişib. ÜST-ün Baş direktoru Tedros Adanom Gebreisus onun vəfatı ilə əlaqədar başsağlığı verib.
Həkim-epidemioloq P. Salama ÜST-nin səhiyyə sahəsində fövqəladə hallar üzrə icraçı direktoru olub.