Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd vurdurub.
Medicina.az xəbər verir ki, bu barədə Baş direktor “Twitter” hesabında yazıb.
ÜST rəhbəri peyvəndin insanları xilas etdiyini bildirib.
Qeyd edib ki, koronavirus əleyhinə peyvəndlərin ən qısa zamanda bütün ölkələrə çatdırılması çox vacibdir.