“Həmin gün rayonda qadağa yox idi. Həm də mən insanların arasında deyildim”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
ÜST rəsmisi Qubaya səfər etməsindən danışıb.
Xatırladaq ki, paytaxtda tədbiq edilən sərt karantin dövründə H.Harmançı sosial mediada Qubada səfərini əks etdirən görüntülər paylaşmışdı. Onun bu paylaşımı kəskin reaksiyalara səbəb olmuşdu.