Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.
Medicina.az xəbər verir ki, Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.
“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, - Qebreyesusdan bildirib.
Onun sözlərinə əsasən, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir versiyanın nəzərə alınmalı olduğunu deyib.
"Biz hesab edirik ki, bütün versiyalar müzakirə edilməlidir və əslində mənşəyi müəyyənləşdirmək üçün ikinci mərhələyə keçməliyik", - deyə ÜST rəhbəri vurğulayıb.
“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, - o əlavə edib.
\
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan