Avropada qızılcaya yoluxma halları kəskin artıb.
Hətta 3 ildir bu xəstəlik yoxa çıxmış hesab edilən ölkələrə də qızılca qayıdıb.
"Medicina" xəbər verir ki, Avropada 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
Dünya təşkilatının ekspertləri bunun səbəbini COVID-19 pandemiyası ilə əlaqəli 2020-2022-ci illərdə baş vermiş peyvənd boşluqları ilə izah ediblər.
ÜST qızılcaya qarşı mübarizə üçün ancaq peyvəndləməni çıxış yolu hesab edir.
Maraqlıdır ki, ÜST məlumatlarında qızılca epidemiya kimi yazılır.
Aygün Musayeva