Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST pandemiyanın yeni dalğalarının olacağını istisna etmir

  • 2022.05.06 15:37
  • 2055 Baxış
ÜST pandemiyanın yeni dalğalarının olacağını    istisna etmir

Omikronun 3 yeni alt variantları yoluxuculuğuna görə ÜST-ün diqqətini çəkib. Bildirilib ki, bu, COVID-19 infeksiyasının yenidən artımasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, BA.4, BA.5 (yeni Cənubi Afrika “omikron”ları) və BA.2.12.1 (Nyu-York versiyası) koronavirus altversiyaları dünyada yayılmaqdadır.

BA.2.12.1 variantı ABŞ-da çox sürətlə yayılır və ümumiyyətlə virusun ən sürətlə yayılan variantı hesab olunur. Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarında bu ştam artıq dominant sayılır və onun yalnız bu ərazi ilə məhdudlaşması ehtimalı azdır


Yeni variantlar kütləvi immunitet üçün problemə çevrilə bilər, çünki onlar gücləndirici peyvəndin effektivliyini şübhə altına alır.