Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.
"Medicina" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib. Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.
Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ÜST nümayəndələrinə ətraflı məlumat verilib.
Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində ÜST-nin nümayəndə heyəti Muxtar respublikanın səhiyyə sistemində son aylarda həyata keçirilmiş dünya təcrübəsinə əsaslanan köklü islahatlar, tibbi xidmətin keyfiyyətinin artırılmasına yönələn və müasir yanaşma ilə görülən işlər, həmçinin yaxın günlərdə reallaşdırılacaq layihələrlə yaxından tanış olacaqlar.