Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.
ÜST risk qiymətləndirməsini :
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək
olaraq dəyərləndirib.