Ümumdünya Səhiyyə Təşkilatının da (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.
Bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib:
“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.