Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST-dən üçüncü dalğa ilə bağlı XƏBƏRDARLIQ

  • 2020.11.23 09:29
  • 1363 Baxış
ÜST-dən üçüncü dalğa ilə bağlı  XƏBƏRDARLIQ

Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, onda 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarronun xəbərdarlıq edib.

Onun sözlərinə görə, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. "Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar", - Nabarro qeyd edib.

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

Daha əvvəl təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, oktyabr ayı ərzində koronavirusa yoluxanların sayı pandemiyanın yarım ilinin göstəricilərini ötüb.