Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST-dən şad xəbər - 3 növ xərçəngin çarəsi tapılır

  • 2021.07.28 15:25
  • 1283 Baxış
ÜST-dən şad xəbər -  3 növ xərçəngin çarəsi tapılır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssisləri ağciyər, qaraciyər və kolorektal xərçənginə qarşı qələbənin yaxın olduğunu bildiriblər.

Medicina..az xəbər verir ki, mütəxəssislər ağciyər xərçənginə qarşı qələbənin yaxın olduğuna inandıqlarını, ancaq bunun üçün siqaretdən imtina etməyin vacib olduğunu qeyd ediblər.

ÜST mütəxəssislərinə görə, insanlar siqaret çəkməsəydilər, ağciyər xərçəngi hadisələri 90% az olacaqdı.

Xatırladaq ki, ÜST-nin Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç da may ayının sonunda verdiyi açıqlamada qadınlar arasında çox yayılan dördüncü xərçəng növünüə - uşaqlıq ağzı xərçənginə qarşı qələbəyə yaxın olduqlarını, xəstəliyin törədicisi olan insan papilloma virüsünə (HPV) qarşı təhlükəsiz və təsirli peyvəndin hazırlandığını bildirmişdi.