Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST-dən qızılca ilə bağlı həyəcan təbili

  • 2025.03.17 21:16
  • 109 Baxış
ÜST-dən qızılca ilə bağlı  həyəcan təbili

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, ötən il 1997-ci ildən bəri Avropa və Mərkəzi Asiyanı əhatə edən “Avropa Regionu”nda qızılcaya yoluxma hallarının ən yüksək sayı qeydə alınıb.

Medicina.az xəbər verir ki, ÜST və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) 2024-cü il üçün Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən qızılca xəstəliyi ilə bağlı hesabat dərc edib.

Hesabatda bildirilib ki, 2024-cü il üçün Avropa Bölgəsində 127 min 350 qızılcaya yoluxma qeydə alınıb:

"Bu, 2023-cü il üçün bildirilən rəqəmdən iki dəfə və 1997-ci ildən bəri regionda ən yüksək yoluxma hadisəsidir".

Hesabatda hadisələrin yüzdə 40-dan çoxunun 5 yaşdan kiçik uşaqlarda görüldüyünə diqqət çəkilib və bildirilən halların yarısından çoxunun xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

“Alınan ilkin məlumatlara əsasən 6 mart 2025-ci il tarixinə qızılcadan ümumilikdə 38 ölüm halı qeydə alınıb”.

Həmçinin qeyd olunub ki, 2024-cü ildə bütün dünyada qızılcaya yoluxma hallarının üçdə biri Avropa regionunun payına düşəcək.

Aygün
Medicina.az