Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqda davam edir, bu halda koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
"Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır: - ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır", - xəbərdə deyilir.
Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir. "Britaniya" ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda "Cənubi Afrika" ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində "Braziliya/Yaponiya" ştammının aşkarlandığını açıqlayıb.