ÜST sosial təcridin vaxtından əvvəl aradan qaldırılmasının yeni bir koronavirus dalğasına səbəb olacağını açıqlayıb.
Medicina.az xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus ölkələri koronavirus pandemiyası ilə əlaqədar görülən məhdudlaşdırıcı tədbirləri aradan qaldırmağa tələsməməyə çağırıb: "Karantinin vaxtından əvvəl bitməsi yeni bir infeksiya dalğasına səbəb ola bilər. Artıq bir sıra ölkələrdə xəstə sayının azalması qeydə alınır və tədricən normala qayıdırlar".
CNN-in məlumatına görə, Avstriya Pasxadan sonra bəzi mağazaları açmağı planlaşdırır, Danimarka və Norveç də sonrakı həftədən etibarən uşaq bağçalarının fəaliyyətini bərpa etməyi düşünür.
ÜST rəhbəri hesab edir ki, bu tədbirlər ölkələrə iqtisadi zərər verə bilsə də, təcrid rejimini qaldırmağa tələsmək lazım deyil.