Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla əlaqədar gənclərə müraciət edib.
Medicina.az xəbər verir ki, ÜST rəhbəri Tedros Gebreyesus bildirib ki, gənclər məğlubedilməz olduqlarını düşünməsinlər və ehtiyatlı olsunlar.
"Koronavirus yaşlı nəsil üçün böyük təhlükə mənbəyidir, eyni zamanda gənclərdən də yan keçmir. Virus həftələrlə xəstəxana şəraitində qalmağa, hətta sizin ölümünüzə səbəb ola bilər”.
ÜST rəhbəri hesab edir ki, bütün insanlar koronavirusa qarşı mübarizədə həmrəylik göstərməli, rəsmi qurumların çağırışlarını ciddi qəbul etməli və evdə qalmalıdırlar.