Azərbaycan Ümümdünya Səhiyyə Təşkilatına təkliflər verib.
Medicina.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində danışıb.
Mir Şahinin suallarını cavablandıran nazir son illərdə BMT-də böhran dövrü yaşandığı kimi, eyni məsələlərin ÜST-də də öz əksini tapdığını və Azərbaycanın dəfələrlə təkliflər verərək təşkilatın klasik quruluşunu dəyişərək daha çevik olması üçün çalışdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan ÜST-nin qlobal şəkildə dünya əhalisinin ciddi səhiyyə problemlərinin çözülməsi üçün bütün ölkələri bir araya gətirməsini və bunun bir vahid qərar üzərindən həyata keçirilməsini təklif edib.
Daha ətraflı aşağıdakı videoda: