Seneqalda oktyabr ayından bəri 8 nəfərdə sarı qızdırma xəstəliyi aşkarlanıb və onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST daha əvvəl Seneqalda bu xəstəliyə qarşı peyvəndləmə kampaniyasının həyata keçirildiyini, lakin buna rəğmən xəstəliyin yayıldığını bildirib və narahatlığını ifadə edib.
Qeyd edək ki, sarı qızdırma xəstəliyi insanlara həşəratlardan keçir.