Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu (ÜST ARB) Azərbaycan tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.
Medicina.az xəbər verir ki, bu barədə təşkilatın“Twitter” səhifəsində bildirilib.
“ÜST ARB Azərbaycan tibb işçilərini Aİ vəsaitləri hesabına maskalar və əlcəklər də daxil olmaqla 1 milyon ədəddən çox fərdi qoruyucu vasitə təqdim edib. Müvafiq xidmətlərin universal əhatəsinə keçmək üçün ixtisaslı və qorunan səhiyyə işçi qüvvəsi vacibdir”, - deyə qeyd olunub.