Yamaykalı sprinter, 8 qat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.
Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançıdan götürülən COVID-19 analizinin nəticəsi müsbət çıxıb.
Bolt ev şəraitində karantinə alınıb.
Qeyd edək ki, avqustun 21-də 34 yaşı tamam olan idmançının ad günü mərasimində virusa yoluxduğu iddia olunur.