15 yaşınadək yaşayış yerini bir neçə dəfə dəyişənlərin yetkinlik dövründə depressiyaya düşmə ehtimalı 60% çoxdur.
Medicina.az xəbər verir ki, bunu Plimut Universitetinin (Böyük Britaniya) alimləri Danimarkadan olan həmkarları ilə birlikdə müəyyən ediblər.
Araşdırmanın nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub.
Alimlər 1982-2003-cü illər arasında Danimarkada doğulmuş bir milyondan çox insanın yaşayış yerləri haqqında məlumatları təhlil ediblər.
Tədqiqatçılar iştirakçıların həyatının ilk 15 ili ərzində neçə dəfə daimi yaşayış yerini dəyişdiyini hesablayıblar. Bundan əlavə, alimlər iştirakçıların psixi sağlamlığı haqqında məlumat toplayıblar.
Alimlər könüllünün həyatının sonuna, emiqrasiyaya və ya depressiyanın klinik diaqnozuna qədər (2018-ci ilə kimi) onları izləməyə davam ediblər.
Məlum olub ki, yoxsul və əlverişsiz ərazilərdə keçən uşaqlıq yetkinlik dövründə depressiyaya düşmə riskinin artması ilə əlaqilidir. Gəlirlərin hər əlavə vahid azalması üçün bu xəstəliyin inkişaf ehtimalı 2% artıb.
10-15 yaş arasında bir dəfə köç etməyin sonrakı depressiya ehtimalını 40% artırdığı açıqlanıb.
Fərdi amillərə (gəlir səviyyəsi, təhsil, sağlamlıq xüsusiyyətləri) uyğunlaşdırılan əlavə bir araşdırma isə belə nəticələnib: əgər yeniyetməlik dövründə yaşayış yeri iki və ya daha çox dəfə dəyişərsə, maddi vəziyyətdən asılı olmayaq həmin yetkinlərdə psixi problemlərin yaranma riski 61% artır.
Hətta əlverişsiz bölgələrdən olan insanlar elit bölgələrə köçdükdə depressiyaya düşmə riskləri 13% artıb.
Aysel