Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlıqda polip – Səbəblər, əlamətlər

  • 2019.12.16 19:05
  • 7094 Baxış
Uşaqlıqda polip –  Səbəblər, əlamətlər


Uşaqlıqda (rəhimdə) poliplər hazırda geniş yayılmış, gənc qadınlarda da rast gəlinən patologiyadır. BAşlanğıcda simptomsuz, ağrısız keçdiyi üçün gec aşkar olunur. Çox sonsuzluqların səbəbi də polip olur. Əgər aşkarlandısa, əsas müalicə metodu cərrahi əməliyyatla onun ləğvidir.


Medicina.az qadınların qorxulu kabusu poliplərin yaranma səbəblərini təqdim edir:
Əslində polip endometriyanın hiperplaziyasının ocaqlı nəticəsidir. Uşaqlığın daxili qişasının patoloji qabarması, artması səbəbindən tək və çoxsaylı xoşxassəli ayaqcıqlı törəmələr çıxır.

İlk başda və kiçik olanda heç bir simptom vermir. Poliplər böyüdükdə əlamətlər başlayır.

Buna:

- Qarının aşağısında ağrı, sancı
- menstruasiya olmayan dövrdə qanlı axıntı
- Hamilə qala bilməmək və s

Çox hallarda poliplər uşaqlıqdan kənara qədər çıxmır, amma bəzən bu sərhədi keçərək uşaqlıq yoluna kimi uzanır.
Müasir tibb polipləri uşaqlıq xərçənginin xəbərçisi kimi qəbul edir və aşkarlandıqda mütləq şəkildə xaric edilməsini tövsiyyə edir.

Poliplərin yaş həddi yoxdur: gənc və yaşlı qadınlarda görülə bilir.
Cərrahi əməliyyatdan sorna da residiv verə, yəni təkrar çxıa bilər.

Bu xəstəliyin ən birinci təsiri sonsuzluqdur. Eləcə də yeni poliplər düşüklərə, vaxtından əvvəl doğuma səbəb ola bilər.
Statistika göstəririr ki, 25% qadınlarda uşaqlıq sonsuzluğunun səbəbi endometriyanın polipləridir.

Yaranma səbəbləri:

Bu gün tibbə tam olaraq polipin yaranma səbəbi məlum deyil.
Daha çox hormonal pozulmalar əsas kim gətirilir.

Eləcə də abortlar, spiral, endokrin pozulmalar, zob, travmalar, ginekoloji orqanlarda əməliyyatlar, iltihab prosesləri endometrium zədələyir.
Strukturuna görə poliplərin bir neçə növü var: dəmir, fibroz, adenomatoz

Diaqnoz və müalicə

Polip diaqnozunu qoymaq üçün bir sıra müayinə üsullarından istifadə olunur. Bunlardan ən sadəsi və ən çox istifadə olunanı transvaginal ultrasəs müayinəsidir. Ancaq bəzi hallarda USM yanıla bilər. Bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ulrasəs müayinəsi (histerosonoqrafiya) metodundan istifadə olunur.

Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu histeroskopiya üsuludur.Histeroskopiya həm diaqnostika, həm də cərrahiyyə məqsədilə istifadə olunur.

Histeroskopiya vasitəsilə uşaqlıq boşluğunu ekranda görmək və eyni vaxtda histeroskop vasitəsilə aşkarlanan polipi xaric etmək mümkündür. Əvvəllər polipi xaric etmək üçün ən çox istifadə olunan cərrahi metod uşaqlıq boşluğunun küretajı idi. Bu metod hal-hazırda da istifadə olunur .Ancaq küretaj vasitəsilə polipi həmişə xaric etmək olmur.

Histeroskop vasitəsilə isə, bilavasitə gözlə görmək mümkün olduğundan xaric edə bilməmək ehtimalı da yoxdur. Histeroskopiya çox yüngül cərrahiyyə əməliyyatı olub, adətən xəstə bu əməliyyatdan 2 saat sonra evə yazılır.