İnsanın yaşlaşdıqca təsirindən çıxmadığı, xarakter və həyatına təsir edən amillər uşaqlıqdan qaynaqlanır. Psixoloqların uşaqlıq travmaları dedikləri müəyyən əskikliklər zaman keçdikcə insanı bir çox uğurlardan geri salır.
“Medicina” hələ də uşaqlıq travmasını aşmadığınızı göstərən əlaməti, davranışı təqdim edir.
1. Sənə Hə demək daha asandır nəinki Yox demək. “Hə” demək təhlükəsizdir, əgər birdən yox desən kimsə inciyər və sən gözdən düşərsən.
2. Kompliment, tərif eşidəndə utanmaq, qəbul etməmək və layiq olmamaq. Uşaqlıqdan buna öyrəşməmisən və yadırğamısan.
3. Daim özünün günahsızlığını sübut etmək, özünü haqlı çıxarmaq, səbəb gətirmək, izah etmək.
4. Başqalarını xoşbəxt etməyə çalışmaq, öz zərərinə də olsa başqalarına xeyir vermək
5. İstirahət edəndə, özünə nəsə alanda utanmaq və bunu gizlətmək. Mən bunlara layiq deyiləm, ailəm, camaat nə deyər.
6. Kömək, yardım istəməkdən, xahiş etməkdən qaçmaq, utanmaq. Özünə sığışdırmamaq. Hər şeyi təkbaşına üstələyir və kiməsə borclu olmaq istəmirsiz.
7. Öz istəyini, sözünü hissini inkar edib vacib saymamaq. Eybi yox, mən vacib deyiləm, indi yeri deyil demək yanlış anlaşılacağını düşünmək.
Əgər bu əlamətlərdən çoxu sizdə varsa, psixoloqla bir müddət işləməyiniz tövsiyə olunur.
Aygün Musayeva