İtaliyada uşaqlığı olmayan və orqan transplantasiyası olunan qadın hamilə qalaraq, sona qədər uşağı daşıyıb və dünyaya gətirə bilib.
"Medicina" xəbər verir ki, Albina adlı qadın dünyaya uşaqlıq orqanı olmadan gəlib.
17 yaşında uşaqlığının olmadığından xəbərdar olub.
Qadın ərə getsə də, hər ikisi bilirdi ki, heç vaxt uşaqları olmayacaq.
Bir neçə il əvvəl onlar Milli Transplantologoya Mərkəzində uşaqlıq orqanı köçürülməsi barədə eşidir. Bura müraciət qadına 2 il sonra donor tapılır.
Pandemiya vaxtı koviddən ölən Aleksandra adlı qadının uşaqlıq orqanı Albinaya uyğun idi.
Orqan köçürülməsindən 1 il sonra qadın hamilə qalıb.
Uşaq yarımçıq doğulsa da nəzarət altındadır. Qıza donorunun şərəfinə Aleksandra adı veriblər.
Aygün Musayeva