Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlığın endometriozunun ev şəraitində müalicəsi

  • 2018.12.18 11:11
  • 39048 Baxış
Uşaqlığın endometriozunun ev şəraitində müalicəsi
Endometroz – uşaqlığın epiteli qatının digər kiçik çanaq orqanlarına düşməsi ilə xarakterizə olunan qadın reproduktiv orqanlarının xəstəliyidir. Hormonal amillərin təsirindən, endometroz ocaqlar yumurta yaranma tsiklinə uyğun olaraq şişir və sinir uclarını sıxaraq güclü ağrı verir. 


Medicina.az xəbər verir ki, bu xəstəlik əsasən 30-40 yaşlı qadınlarda daha çox müşahidə edilir, amma son zamanlarda xəstəliyin gedərək cavanlaşdığını və əsas sonsuzluq səbəblərindən biri olduğunu söyləmək mümkündür. 


Əsas əlamətləri: 


• Ağrı demək olar ki, qadınların 70% qadınlarda müşahidə edilir və xəstəliyin ağrılarının intensivliyi xəstəliyin dərəcəsindən asılı olaraq dəyişir.  


• Menstural tsiklin pozulması nəticəsindən tsiklin ortasında qəhvəyi rəngli qan ləkələri görünə bilər. 


• Endometroz sonsuzluğun əmələ gəlməsinin əsas səbəblərindən biridir.  Onu da nəzər almaq lazımdır ki, bu patologiya cinsi orqanlarda yapışma prosesinin getməsinə səbəb olur. 


Endometrozun əmələ gəlmə səbəbləri hələ tam olaraq məlum deyil. Burda əsas rolu irsi amillər, cinsi orqanda gedən iltihabı proseslər, esterogen hormonunun yüksək həddə olmasıdır. 


Endometrozun ev şəraitində müalicəsi


Gil ilə müalicə


Gil – bu maddə öz müalicəvi xüsusiyyətləri ilə yüz illərdir ki, tanınır. Endometrozun müalicəsi üçün bu maddənin boz və mavi növlərindən istifadə edilir. Hazır məhsulu sıyıq halına salaraq qarının aşağı nahiyyəsinə yəni cinsi orqanın üzərinə yaxmaq lazımdır. Hazırlamaq üçün 0,5 – 1 kq gili isti suda həll edərək 7-9 saat saxlamaq lazımdır. Daha sonra alınan maddəni sellofanın üzərinə çəkərək 2-3 saat müddətinə qarının aşağı nahiyyəsinə yapışdırmaq lazımdır.  


Propolis


Propolis öz müalicəvi xüsusiyyətləri ilə məşhur olan maddədir. Əvvəlcə propolisi dondurucuda möhkəm dondurmaq lazımdır. Daha sonra ondan kiçik hissələrə xırdalayaraq 3 qaşıq bal əlavə edin.  Su hamamına qoyun bircinsi məhlul alınana qədər qarışdırın. Soyuyandan sonra həmin maddədən kiçik şamlar hazırlayın. Çamlar quruduqdan sonra isə vaginaya yerləşdirin. Müalicə kursu üçün 10 ədəd şam tələb olunur. 


Arzu

Medicina.az