Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların yuxuda nəfəsinin kəsilməsinə səbəb olan xəstəlik - Valideynlər yanlış seçim edir

  • 2017.10.11 10:30
  • 18651 Baxış
Uşaqların yuxuda nəfəsinin kəsilməsinə səbəb olan xəstəlik -  Valideynlər yanlış seçim edir
Burun-boğaz badamcıqlarının normadan artıq böyüməsi adenoid adlanır. 


BakuPost.az xəbər verir ki, hazırda bu, qulaq, burun, boğaz xəstəlikləri üzrə ən çox yayılmış simptomdur. Daha çox məktəbəqədər yaşda olan uşaqlar bu xəstəliyə yoluxur. Çünki badamcıqların inkişaf dövrü 6-7 yaşa kimi aktivdir. Sonradan böyümə dayanır və geri - azalmaya doğru gedir. 21 yaşa kimi əksər insanlarda badamcıqlar tamamilə reqressiya olur. 


Badamcıqların ölçüsü və burun yollarını tutma dərəcəsinə görə 3 növü var:


-Badamcıq burun yollarının 1/3 hissəsini tutur

-Burun yollarının 2/3 hissəsi tutulur

-Burun yolları tam tutulur


I dərəcəli Adenoiddə uşaq gecələr çətinlik çəkir. II dərəcədə uşaqlar xoruldayır və gündüzlər də nəfəsalma çətinləşir. III qrupda burunla nəfəsalma çətinləşir, uşaq ağzı ilə nəfəs alır, səsi batıq olur. Bu, sonradan eşitməyə də mənfi təsir edir. Uşaq tez-tez soyuqlayır, xəstələnir, öskürür. 


Burundan güclü axıntının olması isə artıq rinit  və sinusitin əlamətidir. Uşağın yerli müdafiə mexanizmi zəifləyir, hərarət tez-tez yüksəlir, mikroblara həssas olur. Bəzən uşağın yuxuda ikən qəfildən ani olaraq nəfəsinin sanki dayanması – obstruktiv apnoe halı ola bilir. Nəticədə beyin oksigen aclığı keçirir. Belə uşaqlar yuxulu, yorğun olur. Gecələr öskürək şiddətlənir. 


Müalicəsi varmı?


Müasir tibb müalicə üçün 2 üsul təklif edir: konservativ və operativ. Çox valideynlər əməliyyatdan qorxur, güvənmir, ağır forma Adenoiddə belə dərman müalicəsini seçir. Konservativ müalicədə boğaz, burunda iltihabi proseslər aradan qaldırılır, şiş azaldılır, seliyin çıxması asanlaşdırılır, burun yolu açılır. 


Konservativ müalicə bu üsulla aparılır:


-Burun və ciblərinin müntəzəm yuyulması

-Düzgün qidalanma

-Otaqda havanı düzgün tənzimləmək

-Fizioterapiya

-Tənəffüs gimnastikası

-Burun damcıları

-Bir sıra dərmanlar


Operativ müalicə zamanı adenoidlər mexaniki kəsilir. Bununla da infeksiya mənbəyi tam ləğv olunur və təənffüs yolları bərpa edilir. 

 

Əgər valideynlər Adenoidin kəskin formasında əməliyyat qərarını almasalar,  o zaman uşağın üz sümük quruluşunda spesifik dəyişiklik olacaq, "Adenoid üzü” adlanan sima ömürlük onda qalacaq.


Döş qəfəsi ensiz olacaq, qabırğaların yerləşmə bucağı dar olacaq.


Uşaq zəif inkişaf edəcək.


Ona görə valideynlər həkim yalnız əməliyyat məsləhət görərsə, həkimə qulaq asmalıdır.