Bütün dünyada yayılan koronavirus uşaqların psixologiyasına mənfi təsir edir.
Medicina.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, burada valideynlərin koronavirus və ölüm xəbərlərinə verdiyi reaksiya çox önəmlidir. Əgər valideynlər çox təsirlənərsə, bu uşaqlara da yansıyar. Ona görə də bu kimi xəbərlər həssas uşaqlarla birlikdə izlənməməlidir. Xüsusuilə kiçik yaşlılar, ölümü tam olaraq qavramayan, xəstəliyi anlamayan uşaqlara bunu uyğun dildə izah etməlisiniz. Bu kimi xəbərlərdən qorxu və qayğısı olan uşaqlar daha çox təsirlənir.
Psixoloqlar məktəblərin açılmasının uşaqlar üçün yaxşı olduğunu bildirirlər. Bu onların artıq xəstəlik deyil, normal həyatın da davam etdiyini görməsi baxımından önəmlidir.