Kosta-Rika 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasını məcburi edib. ilk ölkə oldu.
Medicina.az -ın "BBC News"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib: "Oğlanların, qızların və yeniyetmələrin maraqlarını qorumaq üçün [...] Vaksinasiya və Epidemiologiya üzrə Milli Komissiya COVİC-19-a qarşı immunizasiyanın bütün uşaqlar üçün məcburi olacağına qərar verib".
Qeyd edək ki, Kosta-Rika uşaqların koronavirusa qarşı vaksinasiyasını məcburi edən ilk ölkədir.