Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların tərbiyəsində etdiyimiz ən adi səhvlər – Psixoloq vacib məqamları açıqladı

  • 2017.11.27 11:55
  • 39648 Baxış
Uşaqların tərbiyəsində etdiyimiz ən adi səhvlər –  Psixoloq vacib məqamları açıqladı
Hər bir valideynin istəyi və vəzifəsi uşağını sağlam dünyaya gətirmək və gözəl tərbiyə verməkdir. Ancaq bəzi mövzularda məlumatsızlıq düzgün tərbiyə veməyə mane olur. Bəzi uşaq davranışları var ki, adi adlandırılsa da, əslində, mənbəyində böyük davranış pozğunluğu dayanır.

 

Psixoloq pedaqoq Əyyubova Zeynəb Medicina.az-a bu məsələlərdən danışıb: 


-Zeynəb xanım, uşaqların tərbiyəsinə nə zamandan başlanılmalıdır?


- Buna iki aspektdən yanaşmaq mümkündür: Birincisi, ana bətnindən başlayır. Belə ki ana 9 ay sakit hamiləlik dövrü keçirtməlidir. Ruhən və fiziki cəhətdən rahat 9 ay yolu keçməlidir. İkincisi isə doğulan gündən etibarən biz bunu 0-3 yaşa bölürük. Zehni, bədən, nitq inkişafını izləyicisi ola bilərik. Uşaq 6-cı ayda hansısa bir səsi çıxartmırsa və ya kiminsə qucağına getdikdə ona müsbət reaksiya vermirsə, yaxud tanış adamları tanımırsa, bu zaman bilirik ki, nəisə problem var. Buna görə də uşaq doğulandan onun hər hərəkətini diqqətlə izləmək lazımdır. 


-Əksər uşaqlar valideynlərinin və ya evə edilən söhbəti qonaq yanında deyirlər. Bunu normal hal qəbul etmək olarmı? Uşağın bu tərgitməsi üçün nə edilməlidir?

 

-Uşaqların hansısa evin sözünü qonağın yanında deməsi valideyndən asılı olan bir məsələdir. Uşaq dünyaya gəlir və robot deyil. Ana soruşursa ki "müəllim məktəbdə nə dedi” və ya "Nənəngilədə orda nə danışdılar, nə yedin?” bu zaman uşaq başa düşmür ki bunu anaya demək olar, amma başqasına demək olmaz. Başqasının sözünü anasının yanında deyirsə, anasının da sözünü başqasının yanında deyəcək. Ona görə də tərgitmək istəyirlərsə bunu düzəltməyə özümüzdən başlamalıyıq. Problemə öz aspektimizdən yanaşmalıyıq.

 

- Həkim, bəzi valideyn və ya qohumlar azyaşlıya tez-tez hədiyyə alırlar. Bu məqamda isə bəziləri "Uşağı pis öyrədirsən” deyir. Bu deyimdə həqiqət varmı?

 

- Uşaq əgər, layiq olmadığı halda (məsələn, məktəbdə oxumursa, evdə qanunlara riayət etmirsə, böyüklərlə münasibətində yaxşı deyilsə) valideyn günaşırı hədiyyə alırsa, bu baxımdan demək olar ki uşağı pis öyrədirsən. Amma uşağı rəğbətləndirmək,mükafatlandırma niyyətinə alınan hədiyyələrin heç bir problemi yoxdur. - Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Valideynlər isə bundan narahat qalırlar. Psixoloq kimi nəyi məsləhət görərdiniz? - Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Bu baxır hansı yaş etabından başlayır. Məsələn, 4 yaşı varsa və qorxursa, diksinirsə burda fobiya, problemdən yaranan qorxu, nevroloji səbəblər və s ola bilər. Valideyn bunu araşdırmalıdır. Yəni hansı zamandan başlayıb, nədən və niyə qorxur və s. sualların cavablarını tapmalıdır.

 

- Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Valideynlər isə bundan narahat qalırlar. Psixoloq kimi nəyi məsləhət görərdiniz?

 

- Uşaqlarda diksinmə, səsdən qorxma halları çox olur. Bu baxır hansı yaş etabından başlayır. Məsələn, 4 yaşı varsa və qorxursa, diksinirsə burda fobiya, problemdən yaranan qorxu, nevroloji səbəblər və s ola bilər. Valideyn bunu araşdırmalıdır. Yəni hansı zamandan başlayıb, nədən və niyə qorxur və s. sualların cavablarını tapmalıdır.

 

Şəhanə Quliyeva