Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların sevimlisi olan bu içkilərdə təhlükəli maddələr var – DİQQƏT!

  • 2024.07.24 23:13
  • 1032 Baxış
Uşaqların sevimlisi olan bu içkilərdə təhlükəli maddələr var –  DİQQƏT!
Verdiyi zərər baxımından “fast-food”larla yarışacaq içkilər yay aylarında daha da populyarlaşır.

Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər.

Onların sözlərinə görə, uşaqlar bir yeməkdən almalı olduqları kaloriləri cəmi bir stəkan içkidən alırlar. Bir çox valideyn övladlarının bu cür içkiləri içərkən hansı risk altında olduğunu bilmir.

Medicina.az xəbər verir ki, mövzuyla əlaqədar uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dos. Dr. Bora Baysal bunları söyləyib:

“Uşaqalr üçün cəlbedici hala gətirilən bütün qazlı, südlü və bol şəkərli içkilər piylənmə üçün risk faktorudur. Bunların tək təhlükəsi piylənməyə səbəb olmaları deyil. Belə içkilər həm də tərkibində kanserogen maddələr olduğu üçün böyük riskdir. Onlar şəkər asılılığı yaradırlar. Bunları içən uşaq getdikcə daha çox istehlak etmək istəyir. Tərkibi tam olaraq bəlli olmayan bu içkilərdəki bəzi maddələr zəhərli təsir göstərəcək qədər təhlükəli ola bilər”, - deyə mütəxəssis qeyd edib.

O, bunun diqqət çatışmazlığı və hiperaktivlikdən tutmuş hipertoniya, ürək xəstəlikləri və orqan pozğunluğuna, hətta xərçəngə qədər bir çox problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Əvvəllər “fast-food”dan danışılırdı, indi içkilər də gündəmdədir. Elə içkilər var ki, bir stəkan 500 kaloridir. Uşaqları tələyə salan bu içkilər onların gələcəyini təhlükə altında qoyur”, - deyə həkim vurğulayıb.

O, valideynlərə uşaqlarda adi su, ayran, kefir və evdə hazırlanmış təbii şirələr içməyi vərdiş halına gətirməyi tövsiyə edib.


Aysel