Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların paltarını yuyarkən mütləq diqqət edin! - MƏSLƏHƏT

  • 2019.07.09 16:17
  • 5672 Baxış
Uşaqların paltarını yuyarkən mütləq diqqət edin! -  MƏSLƏHƏT

Uşaqların dərisi böyüklərə nisbətən daha həssas olur. Ona görə də onların paltarlarını yuyarkən xüsusilə diqqət etmək lazımdır. Yumuşaldıcı və digər təmiziləyici vasitələrin tərkibinə mütləq fikir vermək lazımdır.

 

 
Uşaq dərisi hələ tam olaraq formalaşmadığından zərif olur. Bu durum onların dərisini mikroorqanizmlərə qarşı daha da həssas edir. Ona görə də körpələrin paltarlarının təmizliyi zamanı yuyucu vasitə olaraq təbii tərkibli olanı seçmək lazımdır. Medicina.az faydalı məlumatları təqdim edir.

 

Suda əriyən yuyucu seçin
Yeni alınan paltarları kimyəvi maddələrdən azad etmək üçün əvvəlcə mütləq yuyun. Yuyucunun bütün toxumalara yayılması, suda əriməsi və durulama anında tamamən paltardan çıxması lazımdır. Bundan başqa, kapsul formasında yuyucu vasitədən istifadə etmək olmaz.

 

6 yaşına kimi xüsusi yuyucu istifadə edin
Məktəbə başlayana kimi xüsusi yuyucu tozlardan istifadə edin. Lakin ilk iki il daha vacibdir. Məktəbli dövründən sonra isə öz paltarlarınızı yuduğunuz yuyuculardan istifadə edə bilərsiniz.

 

Mikroblu vəziyyət yoxdursa, 90 dərəcədə yuyun
Körpələrin paltarları yüksək temperaturda yuyulamalıdır. İstilik 60-90 dərəcə arasında dəyişməlidir. Davamlı 90 dərəcəd yuyulma paltarın keyfiyyətini aşağı salar. Lakin paltarın keyfiyətinə görə yuyulmaq daha məqsədəuyğundur. Həssas paltarlar 30 dərəcəlik, pambıq olanlar isə 45 və ya 60 dərəcə arasında dəyişən temperaturda yuyulmalıdır. Çox çirkli paltarları əvvəlcə yuyucu vasitələrdə islağa qormaq lazımdır. Unutmamaq lazımdır ki, Paltaryuyana atılan paltarları iki dəfə durulayın. Həmçinin ön yumada çox az yuyucu istifadə edin.

 

Paltarları açıq havada qurudun
Azyaşlıların paltarlarını açıq havada qurudun. Günəş və hava mütləq dəysin. Paltarı maşında qurutmaya qoymayın, formasına müəyyən  problem yaradar. Həmçinin körpələrdə dəridə qızarıqlıq və aşınmaya səbəb ola bilir.
 

Ütüləməyi unutmayın
Temperatur mikroorqanizmləri uzaqlaşdırır. Ona görə də paltarları, xüsusilə də uşaqlara paltarlarını mütləq ütüləyin. Əsla nəm qalmamasına çalışın.

 

Yuyucunun tərkibinə diqqət edin

6 yaşına kimi uşaqların paltarlarını yuduğunuz yuyucu vasitələrdə ehtiyatlı olun. Mütləq kimyəvi tərkibini və qatlarını diqqətə alın. Tünd qoxulu olmasın, əgər körpənizə yuyulmuş paltarı geyinəndə asqırırsa və yaxud dərisində hər hansı dəyişiklik olsa, bilin ki, allergiyası var. Bu zaman mütləq o vasitədən uzaq durun.

 

 Ayna Məmmədova

    Medicina.az
Uşaqların paltarını yuyarkən mütləq diqqət edin! -  MƏSLƏHƏT