Rusiyada uşaqların yerli vaksin olan Sputnik V-lə peyvəndlənməsi 2022-ci ildən başlayacaq.
Medicina.az xəbər verir ki, bunu həkim Mariyana Lısenko bildirib.
“Bizim vaksinin uşaqlar üzərində kliniki sınaqları çox uğurla gedir, Qamaleya mərkəzi uşaq vaksinini ilin sonuna bitirəcək. İndiki ştammı uşaqlar da kifayət qədər ağır keçirir və onlar böyükləri çox yoluxdurur. Ona görə pandemiyada uşaqları vaksin etmədən çıxış yolu tapa bilməyəcəyik”.
Qeyd edək ki, Sputnikin 12-17 yaşlı uşaqlar üzərində sınaqları 2 uşaq xəstəxanasında həyata keçirilir.