Dünyada tüğyan edən, ölkələrin sərhədlərini bağlayan koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı Azərbaycanda da qeydə alındığı gündən valideynlər övladlarına görə haqlı olaraq narahatdırlar. Bəs uşaqlarımızı viruslardan necə qoruya bilərik? Biotənzimləyici terapiyanın köməyi ilə viruslarla mübarizədə hansı qabaqlayıcı tədbirləri görə bilərik?
Medicina.az pediatr-allerqoloq, tibb üzrə fəlsəfə doktoru Fidan Əlirzayevanın "Uşaqların immunitetini necə gücləndirək?" mövzusunda tövsiyələrini təqdim edir.
Videoda uşaqları viruslardan qoruya bilməyin yolları açıqlanır və anaların viruslarla mübarizədə uşaqların immunitetini gücləndirmək üçün hansı tədbirləri görməli olduğu barədə məlumat verilir.