Medicina.az Publika az-a istinadən psixofiziki pozğunluğu olan uşaqların müalicəsi və bərpası üzrə həkim İsrael Zehninin son zamanlar dünyada xəstə uşaqların çoxalmasının səbəbi kimi körpələrə vurulan peyvənd və vaksinləri göstərdiyi fikirlərini təqdim edir. Qeyd edək ki, bir çox həkimlər bu mövqeyə qarşı çıxaraq, uşaq ölümlərinin azalmasında məhz vaksinlərin rolunun olduğunu bildirir.
"Bu gün onkoloji klinikalar uşaqlarla dolub-daşır. Necə olur ki, bəşər tarixinin ən ideal şəraitində bu qədər xəstəliklər yaranır? Bunun ilk səbəbi vurdurduğunuz vaksinlərdir. Bəzi ölkələrdə körpərlərə peyvənd vurulması qadağan edilib. Bura həm dini, həm də tibbi faktorlar aiddir. Həmin ölkələrdə böyüyən uşaqlar bu xəstəliklərə daha az yoluxurlar. Uşağın inkişafındakı patologiyaların əsas səbəbi vaksinlərdir, əziz valideynlər..
Bu haqda ətraflı danışacam. Təsəvvür edin ki, bütün bu patologiyalarla, yaxud elə sağlam körpə doğulur və onun bütün peyvəndləri edilir. Ümumiyyətlə, peyvənd virusların antibiotik, kimyəvi elementlər, formalin və sairlə qarışdırılmış, mikrobları yarıcanlı saxlayan formasıdır. Bir sözlə, peyvənd tərkibi zəiflədilmiş virusdur. Virusu ödürməksə, canlı hüceyrəni məhv etməkdən daha çətindir. Körpə doğulan kimi ona hepatit B-yə qarşı vaksin vurulur ki, heç vaxt bu virusa yaxalanmasın. Hepatit B isə bir insandan digərinə qanla ötürülür.
Əvvəllər daimi tibbi şprislər vardı. Bir şprislə müəyyən müddət onlarla insana iynə vurulurdu. Gigiyena çox zəif idi. 90-cı illərdən bəri isə tibbdə yetərincə steril şərtlər mövcuddur. Birdəfəlik şprislər, təmizləyici unikal vasitələr var. Əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkirsə, yaxud ard-arda müxtəlif cərrahiyə əməliyyatları keçirdirsə, ona qan köçürüləcək. O halda mən razıyam, bu vaksin edilməlidir. Yox, bu problemlər yoxdursa, uşağın hepatit B-yə yaxalanmaq ehtimalı sıfıra bərabərdirsə, bunu etməyin mənası varmı? Hepatit də QİÇS kimi ötürülür. Fikir verin, QİÇS-ə qarşı peyvənd yoxdur axı... İndi sizdən soruşuram, bu peyvəndi edib, uşağı riskə atmağın mənası var?
Ömürlük immunitet mövcud olmadığına görə bu peyvəndi bir aydan sonra yenidən və yenidən vurdurmaq lazımdır. Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur. Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşaiyət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda gözümüzə baxmır, başını divara çırpır və s. Valideyn də tapa bilmir ki, səbəb nə ola bilər. Bəlkə vurdurduğunuz peyvəndlərdir? Heç düşünmüsünüz bu haqda? Pediatr isə sakitləşdirir, bir az da səbr edin, gözləyin, hər şey qaydasına düşəcək. Vəziyyət isə pisə doğru dəyişir. Və autizm yaranır.
Bütün dünyada valideynlərin körpələrinə vaksin vurdurmamaq kimi hüquqları var. Siz uşağınıza peyvənd etdirəndə, bir sənəd imzalayırsınız. Həmin sənədə əsasən övladınıza peyvənd edən həkimi bütün məsuliyyətdən azad edib, cavabdehliyi öz üzərinizə götürürsünüz. Bu məqamda övladınızın gələcəyi naminə bir hiylə işlədə bilərsiniz. İlk vaksindən sonra klinikaya gedib, uşağınızın qıcolma keçirdiyini, uzun müddət hərarətinin düşmədiyini söyləyir, şikayət edirsiniz. Sizə xüsusi sənəd verilir ki, uşağınıza vaksin vurmaq təhlükəlidir. Bu sənəd əlinizdə olandan sonra heç bir təhsil müəssisəsinın övladınızı qəbul etməmək şansı yoxdur.
Qoyun, övladınız qızılca da keçirsin, suçiçəyi də... Axı bu xəstəliklər serebral iflicdən, autizmdən daha asan müalicə olunur”.