Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqların asan diş çıxarması üçün çarə

  • 2022.07.04 19:08
  • 9669 Baxış
Uşaqların asan diş çıxarması üçün   çarə



Uşaqların diş çıxarma dövründə narahatlığı olur və analar mütləq nəsə istifadə etmək istəyir. Amma mən kimyəvi tərkibli (Lidokain) olanları məsləhət görmürəm. Çünki bu zaman olan ağrını (narahatlığı) kəsmək olmaz. Zatən bunun bir ağrı olduğunu deyə bilmərik. Çunki ilk dişçıxarma dövründə danışan və anlayan uşaq olmur ki, "ağrıyır *desin. Hər hansı hiss olsa da lazım olandır.


Bu zaman olan narahatlıq daxili endorfinlərin artmasına gətirir. Kimyəvi gellər isə uşağın damağından asanlıqla qanına sorulur. Çünki onların selikli qişası qan kapilyarları ilə çox zəngin olur. İstənilən kimyəvi dərmandan uşaqlar uçjn maksimum uzaq olmağa çalışmalıyıq.


Medicina.az xəbər verir ki, diş çıxarma dövrü rahatsızlığı üçün Viburgel rahatlıqla istifadə edə bilərsiz. Tərkibi çobanyastığı, kalendula, mixək. Allergiya riski yoxdur, çunki homeopatik dozadadır.. Bunlar əlbəttə keyləşdirməyəcək, yenə də rahatsızlıq olacaq, və olmalıdır da. Lakin bir az xəfifləyəcək və ən əsası analar psixoloji rahat olacaq.


Analarım da bilir ki, bu şikayətlə müraciət etdiklərində ancaq çoox həssas hallarda nəsə deyirəm. 3-4 aydan uşaq əli ağzəndadır deyib diş geli istifadə edənləri isə tamam çəkindirirəm

Viburcol şam ilə birgə istifadə daha yaxşı nəticə verər. Yaxşı nəticə dediyimiz uşağın bu dövrü tam hissiz keçirməsi deyil, bu dövrü yaxşı bir şəkildə atlatmasıdır.

Bunu ağız boşluğunda olan digər iltihablı problemlərdə də istifadə edə bilərsiz.