Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik" - Amerikalı alimdən AÇIQLAMA

  • 2018.01.16 15:11
  • 18248 Baxış
"Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik" - Amerikalı alimdən  AÇIQLAMA
Bu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir.


Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.


Bu, diqqət cəlb etmək üçün şişirdilmiş rəqəmlər deyil. Faktlar Kaliforniya universitetinin professoru Robert Lastiqin San-Fransiskoda real tədqiqatları əsasında əldə edilib. "Yağlı şans" və "Şəkər: Acı həqiqət" kitablarının müəllifi olan Robert Lastiq ABŞ-da ən məşhur həkimlərdən biridir.


Lastiqin komandası ötən il qida sənayesi bazarının tədqiqi üçün çox güclü statistika açıqlayıb. Məlum olub ki, şəkərli diabet və piylənmə epidemiyasının əsasında bir çox zərərli qida vərdişləri dayanır. Və bütün bunların başında yeyinti sənayesi dayanır. Professor öz sübutlarının elmi izahlarını da açıqlayıb. Bu gün dünya əhalisinin 5% -i şəkərli diabet xəstəsidir və bu faiz ildən-ilə artır.