Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqları vaxtından əvvəl qocaldan qidalar - JAMA Network

  • 2024.05.23 19:49
  • 1801 Baxış
Uşaqları vaxtından əvvəl qocaldan qidalar  - JAMA Network

İspaniya alimlərinin son elmi araşdırmalarının nəticələri sensasiya yaradıb.


“Medicina”xəbər verir ki, 3-6 yaş arası 1426 uşaq arasında keçirilən analizdə ultraemal edilmiş qidaların uşaqlara necə təsir etdiyi araşdırılıb. Bu qidalar “zibil qidalar” hesab edilir.


JAMA Network Open dərgisində çap olunan nəticələrə görə, ultraqidalar orqanizmin ümumi vəziyyəti və metobolizmi dəyişir.


Kardiometobolik xəstəliklər – diabet, ürək-damar və piylənmə başlayır.
Artıq bu kimi metobolik pozulmalar uşaq yaşdan erkən başlayır və getdikcə artır.

Həkim nutrisoloq İqor Sitokov uşaqların bədənini zibil qabına çevirməyimizdən danışıb:

“Uşaq sağlamlığı üçün düzgün qidalanma hava-su kimidir. Bu qidalar uşaq orqanizmini qocaldır:

şəkər, şirniyyat, market meyvə şirələri, qazlı şirin içkilər – şokolad, konfet, pirojna, tort, peçenye, səhər tezbazar uşaq yeməkləri, sıyıqları, süni əlavələr olan yoqurt, batonlar, trans yağlar, marqarinlə zəngin qidalar, fast-fud, yüksək kalorili yağlı qidalar- çips, suxarılar, kartof fri, qızarmış toyuq əti həzm sistemindən tutmuş hormonal balansa kimi pozur”.


Aygün Musayeva